Şrift:
Filippində 4,5 bal gücündə zəlzələ olub
26.01.2022 [10:48] - Gündəm, Hadisə
Yanvarın 26-da Filippinin Mindanao adalarının yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentrinin təqribən 500 min əhaliyə malik Seranqani əyalətindən 118 kilometr cənub-şərqdə, ocağının 11 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib. Mütəxəssislər həmin rayonda təkrar təkanlar barədə xəbərdarlıq yaymayıblar.
Bu xəbər oxucular tərəfindən 912 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed