Şrift:
DİN: COVID-19 pasportu olmadığına görə ötən gün altı nəfər toy şənliklərinə buraxılmayıb
27.01.2022 [11:29] - Gündəm, Sağlıq
Yanvarın 26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. Bir şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə altı nəfər şənliyə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed