Şrift:
Ötən il 327 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib
27.01.2022 [11:39] - Gündəm, İqtisadiyyat
Muxtar respublikada məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. Belə ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirili

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə 249 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilib, 97 ədədi nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunub.

Göstərilən dövlət dəstəyinin nəticəsində, 2021-ci ildə 105 min 808,4 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 20597 ton dən üçün qarğıdalı, 397,3 ton dən üçün günəbaxan, 87728 ton tərəvəz, 35142 ton ərzaq üçün bostan məhsulları, 53114 ton meyvə, 17098 ton üzüm tədarük edilib.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed