Şrift:
Yüksək Texnologiyalar Parkının inkubator rezidenti Türkiyədə beynəlxalq sərgidə ölkəmizi təmsil edib
27.01.2022 [12:21] - Xəbərlər, Mədəniyyət
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyeva “SmFreshOil” brendi ilə Türkiyənin Antalya şəhərində keçirilən 28-ci beynəlxalq qida və içkilər sərgisində iştirak edib.

YT Parkdan bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşan səfər çərçivəsində sərgi iştirakçıları tərəfindən “SmFreshOil” məhsullarına böyük maraq göstərilib, distribüter olmaq üçün təkliflər edilib.

M.Səbzəliyevanın sözlərinə görə, sərgi, həmçinin yeni biznes əlaqələrinin qurulması, təcrübi potensialın genişlənməsi baxımından səmərəli olub, şirkətin beynəlxalq çıxış imkanlarının artırılması üçün yeni istiqamətlər açıb.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed