Şrift:
Nazir müavini: Azərbaycanda 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur
27.01.2022 [12:32] - Gündəm, İqtisadiyyat
Hazırda ölkədə 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur.

Bu barədə “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil edilən seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

O bildirib ki, həmin yaşayış məntəqələri ucqar və uzaq yer olduğu üçün əsas yük “Aztelekom” MMC və “Baktelekom” MMC üzərində qalacaq. Bu iki qurumun birləşdirilməsinin müsbət tərəflərindən biri odur ki, Bakıdan və regionlarda yığılan ödənişlər ucqar yaşayış məntəqələrinin internet probleminə sərf olunacaq.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed