Şrift:
Bayramda günlərində nəqliyyat gücləndirilmiş rejimdə çalışacaq
30.12.2012 [14:20] - Xəbərlər, Bildiriş
Aidiyyəti qurumlar 31 dekabra hazır olduqlarını deyir

Dekabrın 31-də paytaxtda şəhərdaxili nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Beynəlxalq Avtovağzalından verilən məlumata görə, bu rejim dekabrın 28-dən yanvarın 6-na qədər davam edəcək. Sərnişin sıxlığını nəzərə alaraq 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq. Əgər adi günlərdə 6-7 min sərnişin var idisa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də hər bir istiqamətə əlavə avtobus çıxarılacaq. Avtobusların biletlərinin satışı da 10 gün qabaqcadan həyata keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan "Qiymət Komissiyası" həyata keçirəcək. Hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.
Qeyd edək ki, Bakı Metropoliteni də bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun mətbuat xidmətindən bildirirlir ki, hələlik bununla bağlı rəsmi sərəncam olmasa da, amma hər il olduğu kimi, bu bayram günlərində də metronun gecə saat 2-yə qədər işləyəcəyi planlaşdırılır.
Nəqliyyat Nazirliyindən verilən məlumata əsasən, şəhərdaxili sərnişin avtobusları adətən gecə saat 12-yə qədər işləyirlərsə, bayram gecəsi avtobusların qrafiki 2 saat uzadılacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-də dekabrın 28-dən gücləndirilmiş rejimdə çalışacaq. Sərnişin axınının nisbətən sıxlığı dekabrın 28-30-da da gözlənilir. Sərnişinlərin daşınmasının təmin olunması üçün bütün daxili istiqamətlərdəki qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır. Bayram günlərində Tiflis istiqamətində böyük sərnişin axını gözlənilir, bununla əlaqədar turist qatarının buraxılması barədə qərar qəbul edilib. Turist qatarı dekabrın 28-də Bakıdan yola düşəcək, yanvarın 2-də paytaxta qayıdacaq. Bundan əlavə, bayram günləri dəmir yolu vasitəsilə yüklərin daşınmasında heç bir problem olmayacaq.
Yeni ildə Təcili və Təxirəsalınamz Tibbi Yardımın işçiləri də gücləndirilmiş iş rejimində çalışacaqlar. Bayram günü bir növbədə 140 briqada növbə çəkəcək. Yaradılan operativ nöqtələrdə hər bir briqada hazır vəziyyətdə olacaq. Təcili yardım həkimləri 24 saat paytaxt sakinlərinin xidmətində duracaq.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed