Şrift:
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir
28.01.2022 [11:10] - Gündəm, Sosial
Polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın müxtəlif rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı beş ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan üç silah könüllü olaraq polisə təhvil verilib.

Faktla bağlı polis şöbələrində araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed