Şrift:
Finlandiya virus məhdudiyyətlərini qaldırmaq niyyətindədir
01.02.2022 [10:02] - Xəbərlər, Sağlıq
Finlandiya virus məhdudiyyətlərini qaldırmaq niyyətindədir.

Finlandiyanın Baş naziri Sanna Marin ölkədə COVID-19 ilə bağlı bütün məhdudiyyətlərin gələn ay qaldırılacağını bildirib.

Baş nazir rəhbərlik etdiyi hökumətin parlamentdəki digər partiyalarla məhdudiyyətlərin aradan qaldırılması üçün müvafiq cədvəli müzakirə edəcəyini də vurğulayıb.

Yeni yumşalma planları ilə yanaşı, Finlandiya və digər Şengen ölkələri arasında daxili sərhədlərdə nəzarət qaydaları yaxın günlərdə qüvvədən düşür. Bu məhdudiyyət ötən il dekabrın sonunda koronavirusun “omikron” variantının yayılmasının sürətini azaltmaq üçün tətbiq olunub.

Qeyd edək ki, Şimali Avropa ölkələrində koronavirusun tüğyanı davam edir. İsveç, Norveç və Finlandiya hökumətlərinin, daha əvvəl “omikron” ştamının qarşısını almaq üçün bir çox məhdudiyyətlərə əl atmasına baxmayaraq, bu ölkələrdə virusun yayılma sürəti bütün pandemiya ərzində ən yüksək sürətlə davam edir. Gündəlik on minlərlə yoluxma ilə üzləşən ölkələrin hökumətləri, yeni ştamın qarşısını ala bilmədiklərindən artıq bu qadağalardan imtina etmək qərarı verib.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed