Şrift:
Keçən il nəqliyyat vasitələri ilə 193,9 milyon ton yük daşınıb
01.02.2022 [10:05] - Gündəm, İqtisadiyyat
2021-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 193,9 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,8 faiz artıb. Yüklərin 58 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed