Şrift:
Gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir
01.02.2022 [10:08] - Gündəm, Sosial, Gənclik
Ağcabədidə Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, peşəkar idarəçi və biznes-konsultant Fəxri Ağayev, “Saffarma və Medical Media” MMC-nin İnsan resursları üzrə direktoru Fəridə Hüseynova, “Bank VTB” ASC-nin biznes kreditləri üzrə baş mütəxəssisi Minar Abdullayev, “M-Trans” MMC-nin direktoru Ayaz Allahverdiyev, “AZRİB” MMC-nin direktoru Zəka Cəmilov, “Aztrade Company"nin direktoru Röyal Umudov, GTM-in Qarabağ ofisinin, Ağcabədi regional “ASAN xidmət” Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak ediblər.

GTM-in Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. O qeyd edib ki, bu əlamətdar günün məqsədi gənclərə diqqət və qayğı göstərməklə yanaşı, onların problemlərinin həlli istiqamətində də mühüm işlərin görülməsidir.

Tədbir "Peşəkar həyat və karyera” mövzusunda şəxsi inkişaf və karyerayönümlu təlim-seminarla davam edib. Fəxri Ağayevin təqdimatında “Uğurlu karyera” adlı mühazirədə təlimçinin peşəkar yanaşmaları və şəxsi təcrübəsi əsasında tələbələrə uğurlu karyera quruculuğu haqqında məlumat verilib.

Təlimin yekununda uğurlu karyera mövzusunda iştirakçıları düşündürən suallar cavablandırılıb və 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup fəal gəncə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed