Şrift:
Gəncədə “Gənclər həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir
01.02.2022 [10:36] - Gündəm, Sosial, Gənclik
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Gəncədə silsilə tədbirlər davam edir.

Şəhər Gənclər və İdman İdarəsi tərəfindən verilən məlumata görə, “Gənclər həftəsi” çərçivəsində bilyard üzrə Gəncə şəhər birinciliyi keçirilib.

Sonda qaliblər diplom və medallarla təltif olunub.

Həmçinin yeniyetmələr və gənclər arasında şahmat çempionatına da start verilib. İsveçrə sistemi üzrə 7 turda mükafata layiq yerlər uğrunda 164 nəfərin mübarizə apardığı yarışda sonda qaliblər diplom və medallarla təltif ediləcəklər.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed