Şrift:
İspaniya öz istehsalı olan “HIPRA” vaksininin son sınaqlarını aparır
02.02.2022 [10:03] - Gündəm, Sağlıq
Bu gün İspaniyanın dərman vasitələri və tibb məmulatları agentliyi (AEMPS) COVID-19 əleyhinə “HIPRA” vaksininin kliniki sınaqlarının üçüncü fazasının aparılmasına icazə verib.

İspaniyanın elm və innovasiyalar naziri Diana Morantın sözlərinə görə, “HIPRA” transmilli əczaçılıq şirkətinin vaksini ölkədə tətbiq olunan vaksinlərin “buster” dozası rolunu oynaya bilər.

Üçüncü fazanın test sınaqlarında 3 min könüllü iştirak edir.

İspaniyalı nazir bildirib ki, “HIPRA” vaksini bu günədək tədqiqatların müxtəlif mərhələlərində olduqca qənaətbəxş nəticələr verib. Vaksin COVID-19-a və hətta “omikron” variantına da əla immun cavab verir.

İspaniyanın “HIPRA” şirkəti ənənəvi olaraq baytarlıqla məşğul olur. Lakin COVID-19-la bağlı qlobal fövqəladə vəziyyət qarşısında şirkət insanlar üçün vaksinin işlənib hazırlanması barədə qərar qəbul edib. Hazırda “HIPRA” şirkətinin vaksini tədqiq edilən bütün ispan vaksinlərindən ən qabaqcılıdır, çünki tədqiqatlar üçüncü fazayadək yüksəlib.

Üçüncü fazadan əla nəticələr əldə edildiyi təqdirdə, bu ilin ikinci rübündə 600 milyon doza vaksinin istehsalı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed