Şrift:
Nərimanov rayonunda “Gələcək gənclərindir” adlı görüş keçirilib
02.02.2022 [10:05] - Gündəm, Sosial, Gənclik
Bakı Biznes və Kooperasiya Kollecində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gələcək gənclərindir” adlı görüş keçirilib.

"Gənclər həftəsi” çərçivəsində keçirilən görüşdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev və digərləri Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıblar. Qeyd edilib ki, gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

Görüşdə Nəcəf Novruzov gəncləri maraqlandıran sualları cavablandıraraq onların təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib.

Görüşün sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində göstərdikləri könüllülük fəaliyyətinə görə və 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Bakı Avrasiya Universitetinin 10 fəal gənci mükafatlandırılıb.
Bu xəbər oxucular tərəfindən 3815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed