Şrift:
ABŞ-ın F-15 qırıcıları Estoniyada bir müddət qalacaq
02.02.2022 [10:11] - Gündəm, Hərb
BŞ qırıcıları Estoniyada bir müddət qalmağa davam edəcək.

Bu sözləri ABŞ-ın Estoniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Brayan Roraff “ETV” kanalının efirində yayımlanan “Aktual kamera” verilişində söyləyib.

O, ötən həftə təyyarələrin NATO müttəfiqlərinin təlimlərində iştirak etdiyini bildirib.

B.Roraff “Astute Protector” təlimində iştirak etmək məqsədilə altı ədəd F-15 “Strike Eagle” qırıcı təyyarəsinin ötən çərşənbə günü Estoniyanın Emari aviabazasına gəldiyini qeyd edib. “F-15 qırıcıları bir müddət ərzində burada olacaq. Bu, şərq cinahındakı müttəfiqlərimizə, Estoniyaya dəstək nümayişidir. Ötən həftə ABŞ nəqliyyat təyyarələri Emariyə təyyarələrə dəstək avadanlığı çatdırıb. “Astute Protector” təlimləri Rusiya-Ukrayna sərhədində gərginliyin artması fonunda keçirilib. Estoniya NATO-nu və xüsusilə ABŞ-ı Baltikyanı ölkələrdə iştirakını artırmağa çağırır.

ABŞ Baltikyanı ölkələrə satdığı silahları Ukraynaya göndərməyə də icazə verib” – dey Brayan Roraff əlavə edib.
Bu xəbər oxucular tərəfindən 2977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed