Şrift:
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının yeni layihəsinə qoşulu
03.02.2022 [11:37] - Gündəm, Mədəniyyət
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının layihələrində aktiv iştirakını davam etdirir. İnstitutun əməkdaşları 2019-2021-ci illərdə Avropa Komissiyasının 5 layihəsində iştirak ediblər. Hazırda layihələr çərçivəsində elmi əməkdaşlıq uğurla həyata keçirilir.

Genetik Ehtiyatlar İnstitutu 2022-ci ildə COST proqramı üzrə “Aləmlər arasında RNT əlaqələri: patogen nəzarətində yeni mexanizm və strategiyalar” adlı yeni layihəyə qoşulub.

İnstitutdan bildirilib ki, Böyük Britaniyanın Edinburq Universitetinin rəhbərliyi ilə layihə 2025-ci ilə qədər davam edəcək. Layihənin əsas məqsədi molekulyar genetikada yeni sahə hesab edilən aləmlər arasında RNT əlaqələrinin tədqiqi üzrə dünya alimləri arasında əməkdaşlığın gücləndirilməsi, davamlı inkişaf məqsədlərinə uyğun olaraq xəstəlik və zərərvericilərə nəzarətin idarə olunması sahəsində yeni bioloji modellərin yaradılması və mexanizmlərinin fundamental əsaslarının öyrənilməsindən ibarətdir.

Layihədə Böyük Britaniya, ABŞ, Almaniya, Belçika, İspaniya, Yunanıstan, Fransa, Serbiya, Türkiyə, Moldova, İsrail, Argentina və s. ölkələrin universitet və tədqiqat mərkəzlərinin alimləri iştirak edirlər. Azərbaycanı isə bu layihədə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun müvafiq şöbə və laboratoriyalarının əməkdaşları təmsil edirlər.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed