Şrift:
“Qış Nağılı-2022” müsabiqəsinin qalibləri arasında sumqayıtlı gənc pianoçu da var
03.02.2022 [11:53] - Gündəm, Sosial, Gənclik
Daha bir müsabiqənin qalibləri sırasında Sumqayıtın gənc musiqiçiləri yer alıblar. “Qış Nağılı-2022” adlı onlayn müsabiqədə Q.Qarayev adına uşaq musiqi məktəbinin şagirdi uğurlu çıxış edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən bildirilib ki, idarəyə tabe olan Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Zəhra Kərimova Rumıniyanın Buxarest şəhərində onlayn formatda keçirilən "Qış Nağılı-2022" adlı müsabiqəyə qatılıb. O, öz yaş kateqoriyasında 2-ci yerin qalibi elan olunub. Zəhraya 2-ci dərəcəli diplom təqdim edilib. Onu müsabiqəyə müəllimi Təranə Eminli hazırlayıb.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed