Şrift:
Türkiyənin dağ xizəkçiliyi mərkəzində baş verən hadisə 8 nəfərin xəsarət olması ilə nəticələnib
07.02.2022 [09:55] - Xəbərlər, Hadisə
Türkiyənin Antalya şəhərində yerləşən “Saklıkent” dağ xizəkçiliyi mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.

Anadolu agentliyinə istinadla xəbər verir ki, çardaq yığılan qarın ağırlığından uçub.

Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.

Onların aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed