Şrift:
Tərtərdə Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin xatirəsi anılıb
08.02.2022 [10:01] - Gündəm, Mədəniyyət
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Tərtər rayon sakini Ələkbərli Ələkbər Ramiz oğlunun il mərasimi keçirilib.

Mərasimdə Ələkbər Ələkbərlinin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, şəhidlərin xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Məlumat verilib ki, Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-da itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 2021-ci il fevralın 7-də Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed