Şrift:
Ağır yük maşınları Bakıya buraxılmayacaq?
04.01.2013 [14:38] - Xəbərlər, Sosial
“Yüklərin kiçik tonnajlı maşınlarla daşınması nəzərdə tutulur"

Paytaxt küçələrində yaranan tıxacın qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirlər bəzən müsbət nəticə ilə verib bəzən isə maşınlar yenə tıxacda qalıb. Bu vəziyyətdən isə ən çox əziyyət çəkənlər isə təbii ki, sükan arxasında əyləşənlərdir.
Eksperlər hesab edir ki, tıxacın yaranmasına əsas verən səbəblərdən biri də paytaxt küçələrində hərəkət edən iri tonlajlı yük maşınlarıdır. Ekspertlər təklif edir ki, iri tonlajlı yük maşınları paytaxt yollarında hərəkəti məhdudlaşarsa şəhərdə yaranan tıxacın qarşısı alınar.
Məsələ ilə bağlı Bakı Baş Yol Polisi İdarəsinə müraciət etdik. Oradan bizə bildirdilər: "İndi yollarda sıxlıq problemi tək Bakıda yox, dünyanın bütün şəhərlərində var. Bakı Baş Yol Polis İdarəsi yollarda yaranan tıxacların qarşısının alınması üçün bütün zəruri tədbirləri görür. Hərəkətin sıx olduğu yerlərdə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün müfəttişlər növbə çəkirlər. Bu gün paytaxtda çox maşın var və onların sayı hər il artır. Üstəlik, sürücülərimizin yolda hərəkət mədəniyyəti də çox yüksək deyil.
Yol hərəkət qaydaları sürəkli pozulur, işıqforun qırmızı işığında hərəkət olur, qarşı zolağa keçidlər baş verir. Bundan başqa, yolların rekonstruksiyası, inşası və təmiri ilə bağlı işlər aparılır, yeni körpülər, tunellər, piyada keçidləri inşa olunur. Bakıda iri tonnajlı yük maşınlarının istismarına gəldikdə isə, gələcəkdə iri yük maşınlarının şəhərə girişi qadağan oluna bilər. Yüklərin kiçik tonnajlı maşınlarla daşınması nəzərdə tutulur".
AYTƏN
Bu xəbər oxucular tərəfindən 2009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed