Şrift:
Alyaska ştatında zəlzələ olub, sunami təhlükəsi elan edilib
05.01.2013 [16:20] - Xəbərlər, Hadisə
Alyaska ştatının qərb sahillərində 7.7 bal gücündə zəlzələ baş verib. İnterfaks agentliyinin verdiyi məlumata görə, bu barədə xəbəri ABŞ-ın Geologiya Xidməti yayıb. Zəlzələnin episentri Alyaska ştatındakı Kreyq şəhərindən 102 km uzaqlıqda 9,6 km dərinlikdə qeydə alınıb. Zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan olunub.

Dağıntılar və itkilər barədə məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed