Şrift:
Akademik Əli Quliyevin 110 illik yubileyinə həsr edilən elmi konfransa məqalə qəbul olunur
11.02.2022 [10:49] - Gündəm, Mədəniyyət
Mayın 29-30-da AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, SSRİ-də sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar kimyasının əsasını qoymuş kimyaçılardan biri, Əməkdar elm xadimi, Azərbaycanın və iki dəfə SSRİ-nin Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru olmuş akademik Əli Quliyevin 110 illik yubileyinə həsr olunub.

İnstitutdan bildirilib ki, konfransda “Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar”, “Kompozision materiallar”, “Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər”, “Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri”, “Zərif üzvi sintez və bioüzvi kimya” və “Kompüter kimyası” bölmələri üzrə plenar, şifahi və stend məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Məruzələr aprelin 1-dək qəbul ediləcək. Konfransın rəsmi dili Azərbaycan, rus və ingilis dilləridir.

Konfransın keçirilmə forması pandemiya şəraiti ilə əlaqədar respublikada həmin vaxtdakı karantin şərtləri nəzərə alınmaqla müəyyən ediləcək.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed