Şrift:
Türkiyədə ötən il 200-dən çox təbii fəlakət hadisəsi qeydə alınıb
14.02.2022 [09:43] - Xəbərlər, Türk dünyası-Turan
Keçən il Türkiyədə 107 sel və daşqın, 66 meşə yanğını, 16 qar uçqunu, 39 sürüşmə hadisəsi baş verib.

Bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) tərəfindən ölkənin təbii fəlakətlər baxımından riskli bölgələrinin açıqlandığı məlumatda bildirilir.

Qeyd edilib ki, AFAD tərəfindən ölkə üzrə 2017-ci ildən etibarən start verilən “Fəlakət riskinin təhlili sistemi” (ARAS) layihəsi çərçivəsində 300-ə yaxın texniki heyət tərəfindən müxtəlif bölgələrə baxış keçirib. Araşdırma çərçivəsində 2017-ci ildən indiyədək Türkiyədə 34 min 593 sürüşmə, 4 min 822 torpaq sürüşməsi, 880 uçqun hadisəsi və 604 irimiqyaslı çuxur qeydə alıb.
Bu xəbər oxucular tərəfindən 4958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed