Şrift:
İranın onlarla şəhərində etiraz aksiyası keçirilib-Narazılar hökumətə xəbərdarlıq etdi
14.02.2022 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hüquqlarının pozulmasına, onlara ayrılmalı olan vəsaitlərin talanmasına və illərdir təqüd məblələrinin qaldırılmamasına etiraz edən narazılar şəhərlərin Əmək və Sosial Təminat İdarəsinin qarşısına toplaşıblar.

“Biz təqaüdçülər pozulan hüquqlarımız, getdikcə artan yaşayış çətinlikləri və hökumətin bizə aid olan fondu talan etməsinə etirazımızı bildirmək üçün küçələrə çıxmaqdan başqa çarəmiz qalmayıb.

Bütün tələblərimiz yerinə yetirilənə qədər bu aksiyaları ölkənin hər yerində davam etdirəcəyik”-deyə, təqaüdçülərin yaydığı bəyanatda qeyd olunub.

Onlar bildiriblər ki, otuz illik gərgin əmək fəaliyyətindən, sığorta haqlarını və vergiləri davamlı olaraq vaxtında ödədikdən sonra rahat və qayğısız yaşamağa haqları olduğu halda, bütün hüquqlarının pozulmasının şahidi olublar.

Əllərində müxtəlif yazılı vərəqələr və plakatlar qaldıran etirazçılar inflyasiya ilə təqüdlərinin uyğunlaşdırılmadığını, təqüdçülər barədə nəzərdə tutulan qanunların icra edilmədiyini bildirib.

Aksiyada “haqqımızı əldə etməyənə qədər sakit oturmayacağıq” məzmunlu şüarlar sələndirilib.

Narazılar tələbləri yerinə yetirlməs aksiyaların davam edəcəyi ilə bağlı hökumətə xəbərdarlıq ediblər.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed