Şrift:
Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
16.02.2022 [10:27] - Gündəm, Mədəniyyət
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya ilə görüşüb.

Səfirlikdən bildirilib ki, görüşdə Azərbaycanın və Gürcüstanın ali təhsil ocaqları arasında əməkdaşlıq əlaqələri diqqət mərkəzində olub.

Söhbət zamanı ADA Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd edilib, hər iki ali təhsil ocağının rektorlarının qarşılıqlı səfərlərinin təşkilinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Kaxa Şengeliya ADA Universiteti ilə yanaşı, Azərbaycanın daha bir neçə ali təhsil ocağı ilə sıx əməkdaşlıq münasibətlərinin olduğunu bildirib.

Səfir Faiq Quliyev Qafqaz Universitetinin Gürcüstanın ali təhsil müəssisələri arasında ADA Universiteti ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayan ilk təhsil müəssisəsi olduğunu qeyd edib.

Diplomat K.Şengeliyaya ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edib, Qafqaz Universiteti ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir, həmçinin Qafqaz Universitetində yaradılmış şəraitlə tanış olub.
Bu xəbər oxucular tərəfindən 223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed