Şrift:
Pekin Qış Olimpiadasında Azərbaycan idmançısının geyimi Yaponiyanın sosial şəbəkələrində geniş əks-səda doğurub
16.02.2022 [10:38] - Gündəm, İdman
Azərbaycan fiqurlu konki sürəni Yekaterina Ryabovanın fevralın 15-də Pekin Qış Olimpiadasında qısa proqramla çıxışı zamanı geyimi Yaponiyanın sosial şəbəkələrində geniş əks-səda doğurub.

“news.yahoo.co.jp” və “the-ans.jp” saytlarına istinadla xəbər verir ki, azərbaycanlı idmançının çıxışından sonra sosial şəbəkələrdəki şərhlərdə “Əsl Tovuz quşuna bənzəyirdi”, “Bu geyimi yaradan böyük dahidir” kimi fikirlər yer alıb. Bəziləri onun anemona çiçəyinə bənzədiyini yazıb. Qeyd edilir ki, 18 yaşlı Y.Ryabovanın yarış zamanı istifadə etdiyi kostyum “Mənim çox xoşuma gəlir” şəbəkəsində birinci yeri tutub.

Bildirilir ki, fiqurlu konki sürmə yarışlarında tamaşaçılar qadın idmançıların geyiminə xüsusi diqqətlə yanaşırlar. Çıxışlardan sonra bu idmançıların kostyumları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilir. Həmin geyim idmançıya böyük diqqətin yönəlməsinə xüsusi təkan verir. Bu mənada azərbaycanlı idmançının geyimi izləyicilərin böyük marağına səbəb olub.

Hər iki sayt idmançımızın kostyumunun çıxış zamanı aldığı formaları əks etdirən fotolara xüsusi yer də ayırıb.
Bu xəbər oxucular tərəfindən 266 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed