Şrift:
Temza çayında yaşı 5 min il əvvələ aid edilən insan sümüyü tapılıb
17.02.2022 [09:56] - Gündəm, Sosial
Böyük Britaniyanın paytaxtı Londondan keçən Temza çayında yaşı 5 min il əvvələ aid insan sümüyü tapılıb.

Simon Hant Temza çayında avar çəkərkən çay yatağında insan bud sümüyü taparaq polisə təhvil verib. Polis sümüyü laboratoriya müayinəsi üçün göndərdikdən sonra tədqiqatçılar onun eramızdan əvvəl 3516-3365-ci illərə aid olduğunu təxmin ediblər.

Bu, həm eramızdan əvvəl 3000-ci ildə Britaniyada tikilmiş Stounhenc, həm də Misirdəki Qiza piramidalarından daha qədim olması anlamına gəlir. Tədqiqatçılar sümüyün aid olduğu adamın boyunun təxminən 1.70 santimetr olduğunu bildiriblər. Lakin onlar həmin şəxsin kişi və ya qadın olduğunu söyləmənin mümkün olmadığını qeyd ediblər.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed