Şrift:
Özbəkistan və Pakistan Transəfqanıstan dəhlizinin tikintisi layihəsini müzakirə edib
18.02.2022 [10:27] - Xəbərlər, İqtisadiyyat
Özbəkistan İnvestisiya və Ticarət Nazirliyində (ÖİTN) Pakistan kommersiya nazirinin müavini Muhammad Saleh Farukinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Transəfqanıstan dəhlizinin tikintisi layihəsi müzakirə edil

ÖİTN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistan-Pakistan əməkdaşlığının dərinləşdirilməsi, investisiya, ticarət-iqtisadi, nəqliyyat-loqistika sahələrində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər “Termez Məzari Şərif-Kabil-Peşavar” Transəfqanıstan dəhlizinin tikintisi layihəsini ətraflı müzakirə ediblər.

Danışıqlar zamanı Pakistan biznesmenlərindən ibarət nümayəndə heyətinin Özbəkistana səfəri və sənaye kooperasiyası sahəsində əməkdaşlıq yaradılması məsələləri də diqqət mərkəzində olub.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed