Şrift:
Azərbaycanda ikinci dəfə “İlin Press Fotosu” adlı fotomüsabiqə elan edilib
18.02.2022 [10:43] - Gündəm, Mədəniyyət
“Gilavar” Azərbaycan Foto Klubu ötən ildən başlayaraq Azərbaycanda “İlin Press Fotosu” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı foto müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Foto Klubdan bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir.

İkinci dəfə keçirilən “Azərbaycan Press Foto 2021” adlanan müsabiqəyə ötən il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatların qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunur.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu (Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman, Mədəniyyət) ətrafında keçiriləcək. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Hər mövzu üzrə qaliblər müəyyənləşdiriləcək və qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed