Şrift:
“Böyük dəbilqə” turnirinin ikinci günündə bir cüdoçumuz mübarizə aparacaq
18.02.2022 [10:47] - Gündəm, İdman
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə cüdoçumuz Hidayət Heydərov mübarizə aparacaq.

73 kiloqram çəki dərəcəsində çıxış edəcək təmsilçimiz startda Daniyar Şamşayev (Qazaxıstan) - Oron Qiner (İsrail) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, komandamızın aktivində hələlik bir medal var. Belə ki, komandamızın üzvü Yaşar Nəcəfov (66 kq) turnirin birinci günü gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın 9 cüdoçusu mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed