Şrift:
Təhsil naziri Emin Əmrullayev Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
21.02.2022 [09:56] - Xəbərlər, Mədəniyyət
Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisidəki M.F.Axunzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva M.F.Axundzadənin həyat və yaradıcılığı, muzeyin fəaliyyəti, burada saxlanılan eksponatlar barədə nazirə ətraflı məlumat verib. Bildirilib ki, muzey Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Nazir muzeyin otaqlarını gəzib, burada fəaliyyət göstərən musiqi, xalçaçılıq və ingilis dili kurslarının müəllim və şagirdləri ilə görüşüb.

Məlumat verilib ki, son illər onlarla məktəbli, yeniyetmə və gənc muzeydə fəaliyyət göstərən kurslarda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi barədə ətraflı məlumat alıb, xalçaçılıq və digər xalq sənətinin sirlərini öyrəniblər.

Emin Əmrullayev muzeyin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed