Şrift:
İranda koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə olunub
21.02.2022 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda hazırlanan “Cov İran Barakat plyus” peyvəndinin kütləvi istehsalına başlanılıb.

Bu barədə İranın Səhiyyə Nazirliyinin Qida və dərman təhlükəsizliyi agentliyi məlumat verib. Qeyd olunub ki, keçirilən testlər bu peyvəndin koronavirusun “omikron” ştammına qarşı 100 faiz təsirli olduğu sübuta yetirilib. Bu peyvənddən “buster” doza kimi də istifadə etmək olar.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, İranda koronavirusa yoluxaraq ölün hallarının artması müşahidə edilir. Artıq 10 gündür ki, ölüm halları 100-dən çox olur. Belə ki, son 24 saat ərzində ölkə ərazisində 16 min 967 nəfərin virusa yoluxması, 242 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 942 min 452 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 135 min 40-a çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 53 nəfər xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 498 min 920 COVID-19 xəstəsi sağalaraq evə buraxılıb.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed