Şrift:
AKP Öcalanla razılığa gəlmək üzrədir
07.01.2013 [11:31] - Gündəm, Türk dünyası-Turan
Türkiyə dövləti və terrorçu PKK lideri Abdulla Öcalan arsındakı təmaslarda sürpriz bir yenilik baş verib.
Millət vəkili Əhməd Türk, BDP (Barış və Demokratiya Partiyası) üzvü Ayla Akat və Meral Danış Beştaş iki gün öncə Ataköy Marinadan çıxan gəmiylə Öcalanın məhbus kimi saxlandığı İmralı adasına yola düşüblər. Öcalanın yanında 2 saat qalan nümayəndə heyəti səfər barədə məlumat yayaraq bildiriblər: "Danışıqların hədəfi silaha ehtiyac duyulmayacaq bir mühit yaratmaqdır. Müzakirələrə başlandı. Hər kəs diqqətli və həssas olsun".
Bundan əvvəlki bazar günü dövlətə aid təhlükəsizlik xidmətinin əməkdaşları Öcalanla 4 saatlıq görüş keçirib, təşkilatın tərksilah olmasına dair proqram barədə danışıqlar aparıblar.
MİT (Milli İstihbarat Təşkilatı) müşaviri Hakan Fidan Avropa ölkələrinin Türkiyədəki səfirlərinə Abdulla Öcalanla aparılan müzakirələrə bağlı məlumat verib.
Kürd probleminin həlli mövzusunda ən əhəmiyyətli addımlardan biri qəbul edilən İmralı görüşündə Öcalan BDP və DTK-nin (Demokratik Toplum Kongresi) bundan sonra üzərlərinə götürəcəkləri rolla əlaqədar gözləntilərini dilə gətirib, PKK-nın atacağı addımlara dair düşüncələrini bildirib.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed