Şrift:
İsveçin paytaxtı qar fırtınası nəticəsində böyük problemlərlə üzləşib
22.02.2022 [09:56] - Gündəm, Hadisə
İsveç paytaxtı qar fırtınası nəticəsində böyük problemlərlə üzləşib

İsveç KİV-inə istinadla xəbər verir ki, fevralın 21-də gün ərzində yağan güclü qar nəticəsində Stokholmda avtomobillərin hərəkətində ciddi problemlər yaranıb. Güclü küləklə yanaşı davamlı yağan qar və aşağı temperatur buz qatının yaranmasına, şəhər nəqliyyat xidmətlərinin və yolları təmizləyən kommunal qurumların işində çətinliklərə səbəb olub.

Çovğun krallığın bütün paytaxt regionunda ictimai nəqliyyatın işinə da təsir edib. Pis hava şəraiti xüsusilə Stokholm və şəhərətrafı ərazilərdə avtobusların işinə mənfi təsir göstərib. Yerli nəqliyyat orqanları hava şəraiti səbəbindən böyük gecikmələr və avtobusların hərəkət qrafikində problemlər olduğunu bildirir.

Qar fırtınası avtomobillərin hərəkətinə də mənfi təsir edib. Belə ki İsveç Nəqliyyat Administrasiyası yolların qarlı olduğuna görə insanlara öz avtomobilləri ilə səfərdən çəkinməyi tövsiyə edib. Vətəndaşlara evdə qalmaq və zərurət olmadıqca çölə çıxmamaları da tövsiyə olunub.

Həmçinin Stokholm regionunun hava limanlarında da gecikmələr müşahidə olunur və bir neçə reys problemlər səbəbindən digər şəhərlərin hava limanlarına yönəldilir.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed