Şrift:
İtaliya sahillərində 573 miqrant xilas edilib
24.02.2022 [09:50] - Gündəm, Sosial
İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə köməksiz qalan 573 miqrantı xilas ediblər.

İki balıqçı gəmisi ilə Avropaya çatmağa çalışan miqrantların 59-u uşaqdır. Rəsmilər uşaqların əksəriyyətini heç kimin müşayiət etmədiyini açıqlayıblar.

Miqrantlardan birinin xilasetmə əməliyyatından əvvəl öldüyü bildirilir.

Qeyd edək ki, son dövrlərdə Avropaya daxil olmaq ümidi ilə İtaliyaya üz tutan miqrantların sayında artım müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed