Şrift:
“Davam” Gənclər Hərəkatının növbəti tədbirində “Stress və əsəbin həyatımızda rolu”ndan danışılıb
24.02.2022 [09:57] - Gündəm, Sosial
“Davam” Gənclər Hərəkatı bir çox görüşlər keçirməyə davam edir.

Gənclər Hərəkatından bildiriblər ki, "Davam" Psixologiya Klubunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Əli Xəlilovun təqdimatında "Stress və əsəbin həyatımızda rolu" mövzusunda görüş təşkil olunub.

Görüş zamanı mövzu haqqında müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb. Həmçinin gənclərlə birlikdə "Bioloji saat" adlı test edilib.

Sonra “Davam” Gənc Hüquqşünaslar və Vətənpərvərlik Klubunun birgə təşkilatçılığı ilə hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədovun təqdimatında “Vətən müharibəsində zərər çəkmiş mülki şəxslərin hüquqlarının qorunması” mövzusunda təlim reallaşıb.

Görüşdə mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed