Şrift:
Usta cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək
28.02.2022 [09:53] - Gündəm, İdman
Fevralın 28-də usta cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Cüdo federasiyasından bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 120-ə yaxın cüdoçu 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed