Şrift:
Son iki gündə Ukraynadan təxminən 1500 özbək Polşa vasitəsilə Daşkəndə təxliyə olunub
03.03.2022 [09:39] - Gündəm, Türk dünyası-Turan
Martın 2-də Polşanın Katovitse şəhərindən “Uzbekistan Airways” aviaşirkətinin daha 3 təyyarəsi Daşkənd hava limanına enib. Polşadan üç təyyarə isə martın 1-də Daşkəndə gəlib.

Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 2-də gətirilənlərin əksəriyyəti uşaqlar, qadınlar, qocalar və tələbələrdir.

Son iki gündə Özbəkistana gətirilən şəxslərin sayı 1500 nəfərdir. Hazırda Ukrayna-Polşa sərhədində Vətənə gəlmək üçün növbə gözləyən 800-dən çox Özbəkistan vətəndaşı var.
Bu xəbər oxucular tərəfindən 4868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed