Şrift:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri İrana səfər edəcək
04.03.2022 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın nüvə proqramına dair sazişlə bağlı martın 5-də İrana səfər edəcək.

AEBA-nın baş direktoru Vyana danışıqlarının uğurla yekunlaşması məqsədilə növbəti dəfə Tehran rəsmiləri ilə birbaşa görüşlərdə iştirak edəcək. Diplomatik dairələrin məlumatına görə, ABŞ sanksiyalarının aradan qaldırılması və İranın nüvə proqramının məhdudlaşdırılması üçün yeni qaydaları ehtiva edən yeni layihə sənədi artıq danışıqlar masasının üzərindədir.

Avstriya mətbuatının məlumatına görə, AEBA-nın İranın nüvə obyektlərində monitorinq fəaliyyəti yekun sənədin imzalanması önündə əsas maneədir. R.Qrossi isə mətbuat açıqlamasında bildirib ki, AEBA-nın yoxlamalarının diplomatik danışıqlara aidiyyəti yoxdur və onlar heç zaman təftişləri hansısa siyasi hesablamalar əsasında aparmırlar.

Diplomatik dairələrdən gələn siqnallara görə, qarşıdakı günlər sazişin yenidən bərpa olmasının mümkünlüyünə aydınlıq gələcək.
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed