Şrift:
Ukraynadan olan qaçqınların ilk qrupu Meksikaya gəlib
05.03.2022 [09:19] - Xəbərlər, Sosial
Ukraynadakı hərbi qarşıdurma nəticəsində qaçqın düşmüş 81 nəfərlik qrup Meksikaya gətirilib.

Bu, münaqişə zonasından qaçaraq Meksikaya çatdırılan ilk qrupdur. Meksika Hərbi Hava Qüvvələri 44 meksikalı, 28 ukraynalı, 7 ekvadorlu, 1 perulu və 1 avstraliyalının təxliyəsinə icazə verib. Təxliyə əməliyyatı Meksika Prezidenti Andres Manuel Lopes Obradorun göstərişi ilə humanitar uçuşla həyata keçirilib.

Meksikanın xarici işlər naziri Marselo Ebrard, lazım gələrsə, həm Latın Amerikası vətəndaşlarının, həm də ukraynalıların təxliyəsi üçün daha bir reys həyata keçiriləcəyini bildirib.

BMT-nin məlumatına görə, hərbi əməliyyatların başlanmasından cəmi bir həftə ərzində bir milyondan çox insan Ukraynanı tərk edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edir ki, yaxın günlərdə bu rəqəm 4 milyona çata bilər.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed