Şrift:
Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb
05.03.2022 [09:20] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşəbbüsü ilə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb.

Poemanı qırğız dilində ali dərəcəli diktor və qiraət ustası Jıpargül Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejissoru Bektursun Kaldarovdur.

Bir neçə il əvvəl TDSDF-nin sifarişi ilə mərhum şair və tərcüməçi Mukan Asanaliyev əsəri rus, ingilis və qırğız dillərinə tərcümə edib, çap olunaraq pulsuz yayılıb.

“Gülüstan” poemasının qırğız dilindəki audiokitabı “turrktoday.info” portalında dinləyicilərin ixtiyarına verilib. Audiokitabı bu linkdən dinləmək olar: http://turktoday.info/az/gyulistan-poyema-audiokitebi/ .
Bu xəbər oxucular tərəfindən 4859 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed