Şrift:
Yaponiya növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib
05.03.2022 [09:30] - Gündəm, Siyasət
Yaponiya martın 5-də Şimali Koreya tərəfindən növbəti raket sınağına görə bu ölkəyə etirazını bildirib.

Bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kişi bəyan edib. Hazırda növbəti sınaq barədə informasiyanın toplanmasının və təhlilinin davam etdiyini qeyd edən nazir, uçuş hündürlüyü təqribən 550 kilometr təşkil edən ballistik raketin 300 kilometr məsafəni qət etdiyini deyib. Raketin Yaponiyanın məxsusi iqtisadi zonasının yaxınlığında dənizə düşdüyünü qeyd edib. Nəticədə ərazidə yerləşən gəmilərə heç bir ziyan dəymədiyi bildirilib.

Yaponiya Müdafiə Nazirliyinin başçısı Şimali Koreya tərəfindən raket buraxılışının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin birbaşa pozulması olduğunu da diqqətə çatdırıb. Pekindəki diplomatik kanallar vasitəsilə Pxenyana kəskin etirazın çatdırıldığını deyib.

Qeyd edək ki, bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi sayca 9-cu raket sınağıdır.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed