Şrift:
Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizə aparacaq
10.03.2022 [09:21] - Gündəm
Martın 21-də Almaniyanın Berlin şəhərində start götürəcək FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin iştirakçılarının adı açıqlanıb.

Yarışda Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. 16 şahmatçının iştirak edəcəyi turnirdə təmsilçimiz Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov, almaniyalı Vinsent Keymerin yer aldığı B qrupunda yarışacaq.

Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində iştirak edib.

Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed