Şrift:
Suriya türkmənləri təhlükədə
09.01.2013 [00:45] - Gündəm, Türk dünyası-Turan
Suriya Türkmənləri Dərnəyinin baş koordinatoru Nidal Molla Suriyanın Lazkiyə şəhərinin yaxınlığındakı Bayırbucaq bölgəsində aclıq riskinin artdığını, əhalinin yarısından çoxunun aclıq içində olduğunu bildirmişdir. Bir çox qəsəbələrin şəhər mərkəzi ilə yolları müharibə ucbatından bağlandığını bildirən N.Molla qış aylarının gəlməsi ilə bölgədə həyatın daha da ağırlaşacağını vurğuladı.

Suriyadakı türkmənlərin durumu ilə bağlı baş koordinator bunları bildirdi: “Müharibə, talançılıq, xaos, aclıq və xəstəliklər bu gün Suriyanın hər yerində olduğu kimi, Bayırbucaqda da hər keçən günlə artmaqda davam edir. Bayırbucaq türkmən bölgəsindən gələn son xəbərlərə görə, əhalinin ərzaq ehtiyatı tükənmək üzrədir. Türkiyə Qırmızı Aypara və digər yardım təşkilatları əlindən gələni edirlər. Lakin Suriyanın daxili hissələrindən qaçaraq Türkiyə sərhəddinə yaxın bölgələrə sığınanların sayı da artmaqdadır. Hal-hazırda Bayırbucaqda 30 min türkmən var ki, onların da içərisindəki qaçqınlar arasında aclıq və xəstəliklər artmaqdadır”.

Tural Bəytürk
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed