Şrift:
YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər
14.03.2022 [09:19] - Xəbərlər, Hərb
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvləri Novruz bayramı ərəfəsində şəhid Xəyal Həziyevin ailəsini ziyarət ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilməsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizin sücaətindən danışıb. Şəhid Xəyal Həziyev kimi oğulların canı, qanı bahasına böyük qələbənin əldə edildiyini qeyd edərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Bildirilib ki, qorxmaz, cəsarətli və vətənpərvər gənc olan Xəyal Həziyev müharibənin ilk günündən könüllü olaraq ordu sıralarına yazılıb, Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin atası Feyruz Həziyev və anası Məlahət Həziyeva göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Bildiriblər ki, övladlarını itirsələr də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi dərdlərinə məlhəm olub.

YAP rayon təşkilatının üzvləri şəhid Xəyal Həziyevin xatirəsinə düzəldilmiş guşəyə baxış keçiriblər.
Bu xəbər oxucular tərəfindən 2332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed