Şrift:
İraqda ABŞ-ın avtomobil karvanı növbəti dəfə silahlı hücuma məruz qalıb
14.03.2022 [09:26] - Xəbərlər, Hərb
ABŞ-ın İraqdaki hərbi hissəsinə məxsus avtomobil karvanı növbəti dəfə silahlı hücuma məruz qalıb.

Divaniya rayonu ərazisindən keçən maşın karvanı qumbaraatanlar və avtomatlarla atəşə tutulub. İtkilər barəsində hələlik məlumat yoxdur.

İraqın “Sabereen News” kanalının məlumatına əsasən, martın 13-də səhər saatlarında Şumer rayonunda yerləşən Amerikanın hərbi bazasına da silahlı hücum edilib.

İraq mətbuatı bildirir ki, son aylar ərzində ABŞ-ın hərbi bazalarına hər gün, bəzən isə gün ərzində 2 dəfə silahlıların basqını olur. Əhali ABŞ hərbçilərinin ölkəni tərk etməsini tələb edir. Hətta 2020-ci ildə İraq parlamenti bu barədə qanun da qəbul edib. Qanuna görə, İraq ərazisində heç bir dövlətin hərbi bazası fəaliyyət göstərə bilməz. Buna baxmayaraq, ABŞ hərbçiləri hələ də İraqda xidmət aparırlar. Bu məsələ İraq və ABŞ prezidentləri arasında dəfələrlə müzakirə edilib. Lakin hələlik nəticə yoxdur.
Bu xəbər oxucular tərəfindən 2360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed