Şrift:
Yaponiya hökuməti Ukraynadan gələn qaçqınlara birillik viza və işləmək hüququ verəcək
15.03.2022 [09:56] - Xəbərlər, Siyasət
Yaponiya hökuməti Ukraynadan gələn qaçqınlara birillik viza və işləmək hüququ verəc
Bu barədə martın 15-də Yaponiyanın ədliyyə naziri Yoşihisa Furukava jurnalistlərə məlumat verib.

Nazir bildirib ki, hökumət Ukraynadan gələn qaçqınlara qısamüddətli üç aylıq vizaların uzunmüddətli birillik vizalarla əvəz olunması barədə qərar qəbul edib. Uzunmüddətli viza onlara Yaponiyada işləmək hüququ verəcək.

Qeyd edək ki, cari ayın əvvəllərində Yaponiyanın Baş naziri Fumio Kişidanın Almaniyanın Prezidenti Frank Valter Ştaynmayer və Polşanın Baş naziri Mateuş Moravetski ilə telefon danışıqları zamanı ölkəsinin yaxın vaxtlarda ukraynalı qaçqınları qəbul edəcəyini bildirib. Hazırda Yaponiya Rusiyanın apardığı xüsusi əməliyyat səbəbindən Ukraynanı tərk edən 29 ukraynalıya qaçqın statusu verib.

Yaponiyanın NHK telekanalının apardığı sorğunun nəticələrinə görə, əhalinin 85 faizi hökumətin ukraynalı qaçqınları qəbul etmək barədə qərarını bu və ya digər dərəcədə dəstəklədiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed