Şrift:
İtaliyada koronavirus qurbanlarının sayı 157 mini ötüb
16.03.2022 [09:50] - Gündəm, Sağlıq
İtaliyada son sutkada koronavirus qurbanlarının sayı 180 nəfər artaraq 157 min 177-yə yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saat ərzində ölkədə 85 min 288 nəfər COVID-19 infeksiyasına yoluxub. İtaliyada koronavirusa yoluxanların sayı ümumilikdə 13 milyon 489 min 319-a çatıb.

Hazırda ölkədə reanimasiya şöbəsində olanların sayı 502, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 36 min 124 nəfərdir.

İtaliyada pandemiya dövründə 12 milyon 296 min 18 nəfər virusdan sağalıb.
Bu xəbər oxucular tərəfindən 2898 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed