Şrift:
Marneulidə Torpaq çərşənbəsi təntənə ilə qeyd olunub
16.03.2022 [09:55] - Xəbərlər, Sosial
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Torpaq çərşənbəsi (İlaxır çərşənbə) xüsusi təmtəraqla qeyd olunub.

“Lider Media” təşkilatının və “24news.ge” portalının təşkilatçılığı ilə Marneulidə yerləşən "Azerbaijan House"-da bayram şənliyi keçirilib.

Bayram tədbirində Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Anar Süleymanov, Marneuli Bələdiyyə məclisinin deputatları, cəmiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bayram münasibətilə Azərbaycan xalqını və soydaşlarımızı təbrik ediblər.

Qeyd olunub ki, bu gün sonuncu çərşənbə - Torpaq (İlaxır) çərşənbəsidir. İlaxır çərşənbədə təbiət oyanır, həyat canlanır, bitkilər çiçək açır. Novruz təbiətin oyanışını simvolizə etməklə yanaşı, həm də birlik bayramıdır.

Qonaqlar çıxışlarında bu kimi tədbirlərin keçirilməsinin milli dəyərlərin qorunmasında və yaşadılmasında mühüm rol oynadığını bildiriblər.

Bayram tədbiri “Sarvan” ansamblının ifasında milli və gürcü rəqsləri ilə, həmçinin Şairə Fatma Aslan, aşıq Nargilənin, aşıq Qaran, populyar gürcü ifaçısı Dito Kisişvili, eyni zamanda, İrandan gələn aşıq İrfan və digər söz, saz və sənət ustalarının ifaları ilə davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed