Şrift:
Rusiya hakim partiyası Arkadi Dvorkoviçin vəzifəsindən çıxarılmasını tələb edir
17.03.2022 [10:15] - Xəbərlər, Siyasət
Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının Baş Şurasının katibi Andrey Turçak baş nazirin keçmiş müavini, FİDE-nin prezidenti, “Skolkovo” İnnovasiya Mərkəzinin rəhbəri Arkadi Dvorkoviçi vəzifəsindən “biabırçılıqla çıxarmağa” çağırıb.

A.Turçak Rusiya şahmat yığmasının Beynəlxalq Şahmat Federasiyasının FİDE yarışlarından uzaqlaşdırılmasını şovinistlik adlandırıb.

O bildirib ki, bəzi vətəndaşlar düşmənin tərəfini saxlayır və onun maraqlarına xidmət edir. “Deməli cəmiyyətimizin təmizlənməsini Dvorkoviçin rəhbərlik etdiyi “Skolkovo” Fondundan başlamaq lazımdır. “Yedinaya Rossiya” onun vəzifəsindən təcili və biabırçılıqla uzaqlaşdırılmasına tərəfdardır”, - deyə o bildirib.

Arkadi Dvorkoviç “Mother Jones” nəşrinə müsahibəsində Ukraynada hərbi əməliyyatların əleyhinə çıxdığını deyib və əlavə edib ki, FİDE Rusiya və Belarusda şahmat turnirləri keçirməsinə qadağa qoymağa, bu ölkələrin şahmatçılarını yarışlara buraxmamağa nail olmağa çalışır.

Martın 16-da FİDE Rusiya şahmat yığmasını yarışlardan uzaqlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed