Şrift:
Konfrans Liqası: PSV və “Marsel” dörddəbir finala çıxıb
18.03.2022 [09:35] - Gündəm, İdman
Martın 17-də futbol üzrə UEFA Konfrans Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Artıq dörddəbir finalın ilk üç iştirakçısı bəlli olub.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın “Marsel” klubu “köhlən atlar”la eyni qrupda yer almış İsveçrənin “Bazel” komandası ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da rəqibini eyni hesabla məğlub edən Liqa 1 təmsilçisi adını növbəti mərhələyə yazdırıb.

“Marsel”lə yanaşı, İngiltərənin “Lester” və Niderlandın PSV klubları da dörddəbir finala adlayıblar. “AZ Alkmar” (Niderland) – “Budyo Qlimt” (Norveç) oyununda əlavə vaxt oynanılır.

Qeyd edək ki, mərhələnin digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed